Yaşıl İnfrastruktur: Ətraf mühitə və işçilərə faydaları
- Fidan Huseynova
- Jan 8
- 2 min read

Son illərdə iqlim dəyişikliyi əsas mövzuya çevrildikcə, şirkətlər iqlim fəaliyyətinə necə töhfə verə biləcəklərini anlamağa çalışırlar. Şirkətlərin iqlim fəaliyyətinə töhfə verə biləcəyi bir çox yollar mövcuddur, lakin atıla biləcək kiçik addımlardan biri ofisləri və binaları yaşıl infrastruktur halına çevirməkdir. Bu cür addım yalnız ətraf mühit üçün faydalı olmaqla qalmır, həm də bu infrastrukturda işləyənlərin psixoloji sağlamlığını yaxşılaşdırır.
Böyük şəhərlərdə, yaşıl infrastruktur təbiətin yenidən bu məkanlara gətirilməsinə imkan yaradır və iqlim fəaliyyətinə kömək edən kiçik bir addım hesab olunur. Bəs ətraf mühit üçün konkret faydaları nələrdir? Əsas fayda odur ki, bu binalardakı ağaclar, bitkilər və digər vegetasiya karbon qazını udur və fotosintez vasitəsilə oksigen buraxır; bu proses atmosferdə istixana qazlarının miqdarını azaltmağa kömək edir. Bundan əlavə, digər faydalar da mövcuddur: bitkilər çirkləndiriciləri udaraq hava keyfiyyətini yaxşılaşdırır, bitkilər kölgə yaratdığından şəhər istilik adası effektini azaldır və bu binalar həm bitkilər, həm də heyvanlar üçün təhlükəsiz yaşayış sahəsi təmin edərək ərazinin biomüxtəlifliyini dəstəkləyir. Şirkətlər yalnız mövcud binalarını yaşıl infrastruktura çevirməklə bu faydaları təmin edə bilərlər ki, bu da iqlim fəaliyyətinə töhfə verməyin asan yoludur.
Amma faydaları bir kənara qoysaq, şirkətlər niyə bu yaşıl infrastruktur layihələrinə investisiya qoymalıdır? Son araşdırmalar göstərir ki, işçilərin təbiət və yaşıllıqla təmasda olması stres səviyyəsini azaldır, məhsuldarlığı artırır və əhval-ruhiyyəni və ümumi rifahı yaxşılaşdırır. Bunun səbəbi odur ki, təbiətdə vaxt keçirmək və yaşıllıqla əhatə olunmaq bədən üçün sakitləşdirici təsir göstərir. Buna görə bir binanı yaşıl infrastruktura çevirmək işçilərə iş mühitlərinin təbiətdə olduğunu hiss etdirir və onlar bunu fərq etmədən sakitləşdirici təsir yaranır. Bu, xüsusilə yüksək təzyiqli iş mühitində çalışanlar üçün olduqca faydalıdır, çünki iş yerində olma ilə stress və narahatlıq hissləri azalır. Bundan əlavə, araşdırmalar göstərir ki, təbiətə məruz qalmaq fərdin müsbət emosiyalarını artırır. Yaşıl infrastruktura sahib iş yeri müsbət iş mədəniyyətinin formalaşmasına kömək edə bilər, çünki xoş əhval-ruhiyyədə olan işçilər arasında müsbət əməkdaşlıq, iş praktikasının inkişafı və yaxşı münasibətlər qurmaq asanlaşır.
Əgər bir şirkət resurslarını iqlim fəaliyyətinə sərf edib-etməməkdə tərəddüd edirsə, yaşıl infrastrukturlar mükəmməl ilk addım hesab olunur. Şirkət həm ətraf mühitə faydalı olduğunu nümayiş etdirə bilər, həm də işçiləri üçün fayda təmin etmiş olar ki, bu da “qazan-qazan” vəziyyətidir. Hətta iqlim fəaliyyətinə davam etməsələr belə, yaşıl infrastruktur yaradaraq ətraf mühit və iş yerinin mədəniyyəti üçün uzunmüddətli faydalar təmin etmiş olurlar.




Comments