top of page

Vibrasiya əleyhinə əlcəklər

  • Jan 12
  • 1 min read

Anti-vibrasiya əlcəkləri sənaye, montaj və oxşar sahələr üçün xüsusi olaraq hazırlanmışdır. Vibrasiyalı ağır alətlərlə işləyərkən istifadəsi tövsiyə olunur.

Niyə anti-vibrasiya əlcəkləri?

Ağır sənayedə ən çox rast gəlinən fiziki xəsarətlərdən biri əl və qol zədələnmələridir. Xüsusilə vibrasiyalı alətlərlə işləyərkən bu zədələr qaçılmaz ola bilər. Anti-vibrasiya əlcəklərindən istifadə etmədikdə Əl-Qol Vibrasiya Sindromu (HAVS) ilə qarşılaşa bilərsiniz.

Xüsusi əlcəklərin istifadəsi həm qısamüddətli zədələrin (kəsiklər, göyərmələr, sürtünmə və suluqlar), həm də xroniki zədələrin (oynaq burxulmaları, barmaq zədələri, HAVS və çapıqlar) qarşısını ala bilər.

Necə işləyir

Anti-vibrasiya əlcəklərinin iş prinsipi vibrasiyanı xüsusi membran vasitəsilə yayaraq əlinə ötürülən vibrasiyanı minimum səviyyəyə endirməkdir. Vibrasiyanı udan xüsusi yastıq ovucun iç hissəsində yerləşir. Zərbəyə davamlılıq TPR arxa qoruyucu ilə təmin olunur. Əlcək yüngül və davamlı HPPE qoruyucu örtük ilə örtülmüşdür. Bu örtük həm rahat hərəkət etməyə imkan verir, həm də kəsilmələrdən qoruyur.

Vibrasiyalı alətlərlə işləyərkən diqqət edin

  • Sürüşməni minimuma endirin. Əlcəklərin ovuc və barmaq hissələri xüsusi qumlu (sandy) nitril örtüklə təmin olunub, bu da az yağlanmış alətlərlə belə sürüşmədən işləməyə imkan verir.

  • Hər saatdan sonra 10 dəqiqə fasilə verin.

  • Alətlərin texniki cəhətdən saz olduğuna əmin olun.

  • Vibrasiyanı azaltmaq üçün aləti həddindən artıq sıxmayın.

Bizim fərqimiz

Dizayndakı zəriflik davamlılıqla birləşərək diqqət çəkir. Sarı xətlər və nöqtələr alətlərlə işləyərkən əlin həssas nöqtələrinə diqqət çəkmək üçün istifadə olunur. Velkro tipli bilək hissəsi əlcəyin sürüşməsinin qarşısını alır və kənar əşyaların içəri daxil olmasına imkan vermir. Əlcək yalnız kiçik vibrasiyalı alətlər üçün deyil, həm də ağır vibrasiyalı maşınlarla işləmək üçün uyğundur.

İstifadə sahələri

  • Avtomatlaşdırma sənayesi

  • Şüşə sənayesi

  • Ümumi montaj işləri

  • Metal emalı

  • Detalların quraşdırılması və s.

Vibrasiyalı alətlərlə işləmə tələb olunan bütün sahələr üçün uyğundur.

 
 
 

Comments


Xəbərlər bülletenimizə abunə olun!
Parrotias Qlobal
Bizimlə əlaqə 
  • Whatsapp
  • LinkedIn
© Copyright 2020 PARROTIAS MMC 2026 | Bütün hüquqlar qorunur | Qaytarılma Siyasəti
SSL_edited.png
bottom of page