top of page

Su mühafizə vasitələri

  • Jan 9
  • 1 min read

Dəniz nəqliyyatında baş verən problemlər təhlil edildikdə, sərnişinlərin və ekipaj üzvlərinin qorunmasında mühafizə vasitələrinin mühüm rola malik olduğu aydın olur. Açıq dənizdə qəzaya uğramış gəminin ekipajını və sərnişinlərini xilas etmək üçün müxtəlif xilasetmə vasitələrindən — xilasedici sallardan, qayıqlardan, hava ilə doldurulan jiletlərdən, yaxalıqlardan, xilasetmə halqalarından, can kəmərlərindən və s. istifadə olunur. Bu vasitələrdən təlimatlara uyğun şəkildə istifadə edildikdə, su nəqliyyatında baş verən qəzalar zamanı xilas olmaq mümkündür.

Dəniz mühafizə avadanlıqları həm xilasedicilərin, həm də sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün çox vacibdir. Xilasetmə vasitələri qəza nəticəsində dənizə düşdükdə, xəsarət aldıqda və ya yorğunluq səbəbindən üzə bilmədikdə həyatınızı xilas edə bilər.

Ən geniş yayılmış xilasetmə vasitələrindən biri xilasedici jiletlərdir. Bu jiletlərin bir neçə növü mövcuddur, lakin onların hamısı üçün tələblər demək olar ki, eynidir. Bu avadanlıqlar köməksiz şəkildə 1 dəqiqə ərzində rahat geyinilə biləcək formada hazırlanmışdır. Xilasedici jiletin üzərində lampa, fit və dəniz suyunda işləyə bilən batareya ilə təmin olunmuş, 8 saat fasiləsiz yanan əks etdirici zolaqlar mövcuddur.

Digər bir xilasetmə vasitəsi xilasedici halqalardır. Xilasedici halqalar üzən bərk materialdan hazırlanır və üzərində əks etdirici zolaqlar yerləşir. Xilasedici halqanın xarici diametri 800 mm-dən çox, daxili diametri isə 400 mm-dən az olmamalıdır.

Bundan əlavə, açıq alovda iki-üç saniyə ərzində yanmamaq xüsusiyyətinə malikdir. Xilasedici halqalar asan və tez götürülə biləcək şəkildə yerləşdirilməlidir.


 
 
 

Comments


Xəbərlər bülletenimizə abunə olun!
Parrotias Qlobal
Bizimlə əlaqə 
  • Whatsapp
  • LinkedIn
© Copyright 2020 PARROTIAS MMC 2026 | Bütün hüquqlar qorunur | Qaytarılma Siyasəti
SSL_edited.png
bottom of page