Qulaq tıxacları
- Jan 9
- 2 min read
Qulaq tıxacları yuxu zamanı xarici səslərin narahatlığının qarşısını almaq üçün istifadə oluna bilər. Eyni zamanda yüksək səslə işləyən alətlərin olduğu iş mühitlərində qulaqları qorumaq məqsədilə də tətbiq edilir. Yüngül olması və birdəfəlik istifadəyə uyğunluğu rahat istifadəni təmin edir.
Səssizlik sağlamlıqdır
Səs-küy insanlarda təkcə narahatlıq və stress yaratmır, həm də fiziki zərər verir. Araşdırmalar göstərir ki, uzun müddət yüksək səsə məruz qalmaq gələcəkdə eşitmə itkisinə və bir çox qulaq infeksiyalarına səbəb ola bilər. Gigiyenik qulaq tıxacları ətraf mühitdəki “çirkli” səs-küydən qulaqları qoruyaraq sakit bir mühit yaradır.
Yüksək səs nədir?
Səs səviyyəsi xüsusi alətlərlə ölçülür və desibel (dB) ilə qiymətləndirilir. Gündəlik danışıq səsimizin tonu təxminən 60 dB-dir. Daha yüksək səslər eşitməyə zərər verə bildiyi kimi, daha aşağı səslər isə bizim üçün eşidilməz ola bilər.Səsi eşitmək prosesi qulaq pərdəmizin səs dalğalarına uyğun olaraq titrəməsidir. Səs nə qədər yüksəkdirsə, pərdə bir o qədər sürətlə titrəyir. Qulaq tıxacları və digər eşitmə qoruyucuları zərərli səs dalğalarının qulaq pərdəsinə çatmasını qismən əngəlləyir və qulaqları qoruyur.
NRR və SNR standartları
Səs və eşitmə qoruyucuları üçün xüsusi standartlar mövcuddur. NRR standartı səsdən qoruma səviyyəsini göstərir. Ən yüksək göstərici NRR 33-dür və nadir hallarda tələb olunur.SNR standartı isə nə qədər səsin bloklandığını bildirir. Məsələn, ətraf səs 85 dB-dirsə və qulaq tıxacının SNR göstəricisi 23-dürsə, nəticə 85 − 23 = 62 dB olacaq. 60 dB isə gündəlik danışıq səsimizdir və qulaqlar üçün təhlükəli sayılmır.Bu standartlara əsaslanaraq şəxsi istifadə və ya iş mühiti üçün ən uyğun qulaq tıxacını seçə bilərsiniz. Unutmayın ki, ehtiyacdan daha yüksək standartlı qulaq tıxacının seçilməsi ətraf mühitdən tam təcrid olunmağınıza səbəb ola bilər.
Təklif etdiyimiz qulaq tıxacları ilk növbədə zərif dizaynı ilə diqqət çəkir. Rahat forması sayəsində hər ölçüdə qulaq üçün uyğundur. Parlaq rəng həm istifadəçi, həm də ətrafdakılar üçün qulaq tıxacını daha asan fərqləndirmək məqsədilə xüsusi seçilmişdir.Birdəfəlik istifadə üçün nəzərdə tutulan qulaq tıxaclarımız gigiyenikdir və bakteriyaların çoxalması üçün mühit yaratmır.





Comments