i-Sight
- Aygün Bayramova
- Jan 12
- 1 min read
Korporativ araşdırmaların idarə edilməsi mürəkkəb prosesdir. Bu gün hər bir insident təşkilatınız üçün əvvəlkindən daha böyük risk yaradır.
İnsidentlərin qeydə alınması, ardıcıl cavab tədbirlərinin görülməsi və məlumatların toplanması çox vaxt qarışıq cədvəllərə, müxtəlif sistemlərdə parçalanmış informasiyaya və vaxt itkisinə səbəb olur. Hətta bir insidentin düzgün idarə edilməməsi belə cərimələr, məhkəmə iddiaları və nüfuz itkiləri ilə nəticələnə bilər.
Halbuki sizə müvəqqəti və əlaltı həll yox, xüsusi olaraq bu məqsəd üçün hazırlanmış bir sistem lazımdır.
i-Sight hesab edir ki, ən güclü risk strategiyası qarşısının alınmasıdır.
Sadə və etibarlı müraciət (intake) prosesi sayəsində artıq heç bir insident diqqətdən kənarda qalmayacaq. Hadisələrin əlaqələndirilməsi (case linking) funksiyası əlaqəli işləri avtomatik müəyyən edərək onların ayrı-ayrı, müstəqil hadisələr kimi idarə olunmasının qarşısını alır.
Optimallaşdırılmış hadisə idarəetməsi araşdırmaları düzgün istiqamətdə saxlayır və prosesləri, eləcə də hesabatları avtomatlaşdıraraq hər bir hadisə üzrə ardıcıl və düzgün tədbirlərin görülməsini təmin edir.
Bütün hadisə məlumatları vahid mərkəzdə toplandığı üçün əhatəli hesabatları dərhal yaratmaq və əvvəlkindən daha sürətli reaksiya vermək mümkün olur.
Güclü hesabat və analitika imkanları məlumatlarınız üzərində dərin təhlil aparmağa, trendləri erkən mərhələdə aşkar etməyə və gələcək problemlərin qarşısını almağa kömək edir.
i-Sight-ın təhlükəsiz platforması mövcud sistem və məlumat bazaları ilə asanlıqla inteqrasiya olunur, vaxta qənaət edir və səhvləri minimuma endirir.
Araşdırmaları necə sadələşdirə və bu gündən etibarən qarşısının alınmasına necə yatırım edə biləcəyinizi öyrənmək üçün i-Sight ilə əlaqə saxlayaraq demo sifariş edin.




Comments