top of page

CPE əlcəkləri

  • Jan 10
  • 1 min read

CPE əlcəklər həm təbiəti qorumaq, həm də büdcəni düşünənlər tərəfindən tez-tez seçilir. Digər əlcəklər qədər qoruyucu olan bu əlcəklər çox yüngül və istifadəsi asandır. Bir çox sahədə rahatlıqla istifadə oluna bilir.

Yüngüllük və rahatlıq

CPE əlcəklərlə əlləriniz son dərəcə rahat və sərbəst olur. 20–40 mikron qalınlığında olan bu əlcəklərdə heç vaxt ağırlıq hiss etməyəcəksiniz, bəzən hətta əlcək geyindiyinizi belə unutmaq olar.

Əlcəklərin incəliyinə əlavə olaraq, CPE əlcəklər pudrasızdır, bir-birinə və ya əlinizə yapışmır. Geyinmək və çıxarmaq çox asandır. Əlcək istifadə edilməli olan yerlər üçün ideal seçimdir.

Ucuz və qənaətcil

CPE əlcəklərin materialı çox incə olduğundan, eyni xammaldan daha çox CPE əlcək istehsal etmək mümkündür. Bu da əlcəkləri daha münasib qiymətli edir.

Böyük miqdarda satın aldıqda həm pul qazana bilərsiniz, həm də məhsulun yüngüllüyü səbəbindən daşınması və yerləşdirilməsi daha asandır.

İstifadə sahələri

CPE əlcəklər əsasən əlcəklərin tez-tez dəyişdirilməsi lazım olan sahələrdə istifadə olunur. Bunlar:

  • Gözəllik salonları

  • Qida hazırlanması

  • Tibbi müayinələr və xidmətlər

  • Apteklər

  • Ev istifadəsi

  • Təmir işləri və s.

Təbiəti qorumaq

Bir çox rezin əsaslı əlcəklər təbiətdə çox gec həll olur və bərpa olunması çətindir.

Lakin CPE əlcəklər təbii materialdan hazırlanıb və incə teksturaya sahib olduqları üçün həm təkrar emal edilə bilir, həm də təbiətdə çox qısa müddətdə yox olurlar.

Buna baxmayaraq, əlcəklər su keçirməz, elastik və davamlıdır.

 
 
 

Comments


Xəbərlər bülletenimizə abunə olun!
Parrotias Qlobal
Bizimlə əlaqə 
  • Whatsapp
  • LinkedIn
© Copyright 2020 PARROTIAS MMC 2026 | Bütün hüquqlar qorunur | Qaytarılma Siyasəti
SSL_edited.png
bottom of page